Azərbaycan neftinin son qiyməti - 2% bahalaşıb

CIF bazisi üzrə İtaliyanın Augusta limanı şərtləri ilə Azərbaycanın yüngül neftinin qiyməti avqustun 2-də 53,79 dollar/barel təşkil edib ki, bu da çərşənbə axşamı gününə olan göstəricidən 1,08 dollar/barel çoxdur.

Bu barədə Metbuat.az-a ölkənin neft-qaz bazarındakı mənbə bildirib. 

FOB bazisi üzrə Türkiyənin Ceyhan limanında Azərbaycanın yüngül neftinin qiyməti avqustun 2-də 53,2 dollar/barel təşkil edib ki, bu da əvvəlki qiymətdən 1,08 dollar/barel çoxdur. 

Novorossiysk limanından yüklənən URALS neftinin qiyməti avqustun 2-də 51,06 dollar/barel təşkil edib ki, bu da əvvəlki qiymətdən 1,24 dollar/barel çoxdur. 

Şimal dənizindən hasil edilən "Brent Dated" etalon növlü neftin qiyməti isə avqustun 2-də 52,17 dollar/barel təşkil edib. Bu, əvvəlki qiymətdən 1,25 dollar/barel çoxdur.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR