Məşhur tennisçinin restoranını soydular

Məşhur tennisçinin restoranını soydular
20:53 8 Yanvar 2015
206 İdman
Ölkə mətbuatı
A- A+

Azərbaycan, Bakı, 8 yanvar /Trend, müxbir Məftun Salmanov/

Belqradda məşhur tennisçi Novak Cokoviçin restoranında oğurluq qeydə alınıb.

Trend-in Rusiya mətbuatına istinadən verdiyi məlumata görə, cinayətkarlar ventilyasiya sistemi vasitəsilə restorana daxil olduqdan sonra ofisin qapısını sındırıblar.

Onlar restorandan 7 min avro və müşahidə kamerasının görüntülərini götürüblər.

Qeyd edək ki, tennisçinin ailəsinin Belqradda iki restoranı var.

Məqalə müəllifi ilə əlaqə ünvanı: agency@trend.az


Xəbərin orijinal ünvanı: http://az.trend.az/azerbaijan/sports/2351196.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR