Aynur Qarayeva BMT-də çıxış etdi

Dillər Universitetinin tələbəsi BMT-nin Baş Assambleyasında çıxış edib. 

Metbuat.az xəbər verir ki, Azərbaycan Dillər Universitetinin tələbəsi Aynur Qarayeva BMT-nin Baş Assambleyasında çıxış edib. Bu barədə məlumat verən Aynur Qarayeva bildirib ki, Nyu-Yorka səfəri Beynəlxalq Gənclər Forumuna nümayəndə kimi ELS Educational Services və United Nations Academic Impact (UNAI) tərəfindən keçirilən “Çoxlu dil - bir dünya” adlı müsabiqənin qalibi olaraq dəvət edilib: “170 ölkədən 6000 nəfər arasından seçildim. İlk mərhələdə BMT-nin rəsmi altı dilindən biri olan ispan dilində esse yazdım. Qalib adını qazananlarla birlikdə 15-26 iyul tarixlərində ABŞ-a dəvət oldum. Burda BMT-nin gündəliyində duran 2030-cu ilə qədərki müddətdə dayanıqlı inkişaf sahəsinə aid fəaliyyət planını işləyib hazırladıq. Qaliblər həmçinin Bostonda ELS Educational Services kompaniyası tərəfindən təşkil edilən hazırlıq konfransında iştirak və öz ideyalarının təqdimatı üçün BMT-nin Nyu-Yorkdakı mənzil-qərargahında çıxış etmək imkanı qazandılar. Proqramın tərkib hissəsi olan Beynəlxalq tələbə essesi müsabiqəsinin və Gənclər Forumunun əsas məqsədi çoxdilliliyin dəstəklənməsi və BMT-nin rəsmi dillərinin davamlı təsirinin tanınması idi. Tədbir BMT-nin gündəliyində duran başlıca məsələlərdən birinə - çoxdillilik, mədəni müxtəliflik və qlobal vətəndaşlıq kontekstində “Dünyamızın yeni düzəni: 2030-cu ilə qədərki müddətdə dayanıqlı inkişaf” mövzusuna həsr olunmuşdu.

Qeyd edək ki, Aynur Qarayeva Azərbaycan Dillər Universitetinin ispan dili üzrə tərcüməçilik fakültəsində bakalavr təhsili alıb, magistr pilləsini isə bu il bitirib. MULTIELE proqramı çərçivəsində İspaniyanın Deusto (Bilbao), Pompeu Fabra və Barselona universitetlərində, və Niderland Krallığının Qroningen Universitetində təhsil alıb.

Tramp o qərarı imzaladı, Putinin cavabı isə...-Oxumaq üçün tıkla


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR