Ağ əncirin bilmədiyiniz faydaları

Ağ əncirin faydaları saymaqla bitmir. 

Metbuat.az xəbər verir ki, yüksək miqdarda liflə zəngin olan və avqustda yeyilən ağ əncir sağlamlığa olduqca faydalıdır.

Həzm problemlərini aradan qaldırır. Ağ əncir tərkibindəki yüksək protein, vitamin və minerallarla hüceyrələrin yenilənməsini təmin edir. Kalsium və fosfor sayəsində sümük və diş sağlamlığına müsbət təsir göstərir. Bir ədəd əncir gündəlik dəmir ehtiyacını qarşılamaq üçün yetərlidir. Yüksək lif tərkibi insanda toxluq hissi yaradır. Maqnezium, kalsium və K vitamini ilə zəngin olan əncir sümükləri gücləndirir.

Əzilmiş ağ ənciri sızanaq olan bölgəyə sürtüb 15-20 dəqiqə saxladıqdan sonra su ilə təmizləyin. Eyni zamanda, üzünüzə parlaqlıq verəcək.

Əncir həmçinin, ağız yaralarına da faydalıdır. 2-3 ədəd ağ əncir yarpağını çeynəyin. Əncir yarpağı ağız yaralarını müalicə etməklə yanaşı, ağızdakı pis qoxuları da yox edir.

Boğaz ağrıları üçün 2 ədəd qurudulmuş ənciri 2 qaşıq balla birlikdə isti suda qarışdırıb çay kimi içə bilərsiniz.

Aysel Yaqubqızı / Metbuat.az

Nazirlik bu kəsmik növündə nöqsan aşkarladı - DİQQƏT! - Oxumaq üçün tıkla


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR