Samsung-un gəlirləri azalıb

Samsung-un gəlirləri azalıb
20:57 8 Yanvar 2015
Ölkə mətbuatı
A- A+

Samsung Electronics şirkətinin 2014-cü ilin sonuncu rübündə gəlirləri ilkin proqnozlara görə, ötən illə müqayisədə 37,4 faiz azalıb.
 
Milli.Az ICTnews-a istinadən bildirir ki, şirkətin proqnozuna görə, bu müddət ərzində əməliyyat gəlirləri 5,2 trilyon Koreya vonu (4,7 milyard dollar) təşkil edəcək.
 
Buna baxmayaraq nəhəng televizor və mobil telefonlar istehsalçısının Cənubi Koreya hərraclarında səhmlərinin dəyəri artmaqda davam edir.
 
Şirkətin 2014-cü ilin dördüncü rübü üçün göstəriciləri haqqında son məlumatlar yanvarın sonunadək məlum olacaq.
 
Samsung ucuz elektronika istehsalçılarının, xüsusilə dünyanın ən böyük smartfon bazarı olan Çin şirkətlərinin kəskin rəqabəti ilə rastlaşıb.
 
Bu halda bazarda mövqeyini ucuz smartfonlara verən Galaxy telefonlarının satışının azalmasını xüsusilə qeyd etmək lazımdır.
 
Analitiklər qeyd edirlər ki, son vaxtlar smartfonlar bazarında, o cümlədən Asiya ölkələri bazarında rəqabət kəskin artıb.
 
Cənubi Koreya istehsalçısı ilə Çində rəqabət aparan yerli Xiaomi şirkəti 2014-cü ildə gəlirlərinin iki dəfədən çox artmasını açıqlayıb.
 
"İki il bundan əvvəl, demək olar, heç tanınmayan Xiaomi çox uğurlu şirkətə çevrilib və artıq Çində birinci yerə çıxıb. Samsung daha rəqabətqabiliyyətli olmalıdır", - Frost & Sullivan şirkətinin əməkdaşı Endryu Milroy deyib.
 
Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/mobilt/317965.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR