Bakıda müəllim vəhşiliyi (FOTO)

Bakıda müəllim vəhşiliyi (FOTO)
21:01 8 Yanvar 2015
327 Sosial
Ölkə mətbuatı
A- A+

Sosial şəbəkədə Bakıda müəlimin az yaşlı məktəbli qıza qarşı etdiyi vəhşiliyin görüntüləri yayılıb.

ANS PRESS-in məlumatına görə, "Facebook"da "Sancaq" səhifəsində yerləşdirilən məlumatda deyilir ki, Yasamal rayonu 53 saylı orta məktəbin ibtidai sinif müəlliməsi Zulfiyyə Hacıyeva birinci sinifdə oxuyan balaca məktəbli qıza qarşı zorakılıq və vəhşilik edib.

Belə ki, müəllimənin balaca qızın saçını dibindən yolduğu və döydüyü iddia olunub. Səbəb isə az birinci sinif şagirdinin yazını yaxşı yazmamağı olub.

Məsələ ilə əlaqədər Təhsil Nazirliyinin mətbuat xidmətinin rəhbəri Cəsarət Valehov ANS PRESS-ə açıqlamasında bildirdi ki, hazırda baş verən hadisə ilə bağlı məlumatları yoxdur: "Bununla bağlı araşdırma aparılacaq".


Xəbərin orijinal ünvanı: http://anspress.com/index.php?a=2&lng=az&cid=45&nid=318533

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR