Nadir Qafarzadə əsəbləşdi -Fahişəlik...

Bir neçə gün öncə Türkiyədə fahişəliklə məşğul olan azərbaycanlı qadınların deportasiya ediləcəyi haqqında xəbərlərə Nadir Qafarzadənin münasibət bildirməsi sosial şəbəkələrdə birmənalı qarşılanmayıb.

Tanınmış müğənni Mynews.az saytına onun haqqında yazılan xəbərlər barədə açıqlama verib:

"Mən bu cür xəbərlərə sevinə bilməzdim. Sadəcə olaraq, kinayə ilə dediyim sözləri bəziləri düzgün qəbul etməyib. Nə qədər düşüncəsiz və ağılsız olmaq lazımdır ki, belə biabırçı halı dəstəkləyəsən. Mən Azərbaycan Respublikasının vətəndaşını hər zaman ağıllı, savadlı, əxlaqlı görmək istəmişəm. Çünki, vətəndaşı olduğum ölkə mənimdir. Çalışaq ki, harada olduğumuzdan asılı olmayaraq Azərbaycanın adına ləkə gətirməyək".

Qeyd edək ki, N.Qafarzadənin “Bunları gördükcə qurur hissi keçirirəm. Fəxrimizsiz. Dünyanı fahişəlik xilas edəcək” yazması müzakirə mövzusuna çevrilib.



Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR