Donald Tramp: Moskva ilə əlaqələr təhlükəli dərəcədə aşağıdır

Amerika Birləşmiş Ştatları prezidenti Donald Tramp Konqresin Rusiya ilə bağlı fəaliyyətindən narazıdır.

Metbuat.az-ın məlumatına görə, "Ağ ev" rəhbəri tvitter hesabında qeyd edib ki, Konqres Moskva ilə əlaqələrdə yeni gərginliklər yaradır. Onun sözlərinə görə, hazırda iki ölkə arasında əlaqələr təhlükəli dərəcədə aşağıdır.

Qeyd edək ki, Vaşinqton Moskvanın Amerika Birləşmiş Ştatlarındakı prezident seçkilərinə müdaxilə etdiyini irəli sürərək ona qarşı sanskiyaları genişləndirib.

Sənəd Konqresin hər iki palatasında qəbul edildiyindən, Tramp onu imzalamaq məcburiyyətində qalıb. "Ağ ev" rəhbəri qanun layihəsini imzalamasaydı veto hüququnu itirəcəkdi.

Sübhan / METBUAT.az



Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR