Dünyada yeni savaş başlayır? (VİDEO)

Dünyada yeni savaş başlayır? (VİDEO)
21:16 8 Yanvar 2015
162 Ölkə
Ölkə mətbuatı
A- A+

Cənubi Koreya ordusunun genişmiqyaslı qış təlimlərinə başlaması yarımadada yenidən gərginliyə səbəb olub.

ANS TV-nin məlumatına görə, Şimali Koreya cənub qonşusunun bu addımını tənqid edərək rəsmi Seulun və Amerika Birləşmş Ştatlarının rəsmi Pxenyana təzyiq göstərmək istədiyini bildirib.

Cənubi Koreya ordusunun təlimləri Şimali Koreya sərhədləri yaxınlığında keçirilir. Cənubi Koreya Müdafiə Nazirliyi bu təlimlərin ölkə ordusunun qış döyüş şərtlərinə hazırlığını yoxlmaq məqsədilə keçirildiyini açıqlayıb.

Bir müddət əvvəl ABŞ hökuməti Şimali Koreya hakerlərini kiber hücumda ittiham edərək Pxenyana qarşı yeni sanksiyalar tətbiq etmişdi.

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR