Biləsuvarda yanğın olub - FHN

Biləsuvar rayonu, Ağalıkənd kəndində yanğın faktı qeydə alınıb.

Metbuat.az-a FHN-dən verilən məlumata görə, şəhərin Biləsuvar rayonu, Ağalıkənd kəndində (rayon mərkəzindən 13 km aralı) vətəndaşa məxsus ümumi sahəsi 100 m² olan tövlənin yanar konstruksiyaları və içərisinə yığılmış 25 ton ot bağlamasının 5 tonu yanıb. 

Ot bağlamasının qalan hissəsi və yaxınlıqdakı tikililər yanğından mühafizə olunub. 

Yanğın saat 22:18-də yanğınsöndürənlər tərəfindən söndürülüb.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR