Piyadaların vurulması hadisələrinin sayı artır - DYP-dən həyəcan təbiri

Piyadaların vurulması ilə nəticələnən hadisələrin sayı artıb. 

Bu barədə Metbuat.az-a yol-nəqliyyat hadisələri ilə bağlı açıqlamasında Bakı Şəhər Baş Dövlət Yol Polis İdarəsinin ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Vaqif Əsədov bildirib.

Onun sözlərinə görə, piyadavurma faktlarının artması həm DYP-ni, həm də insanları narahat edir:

“Ümumi yol-nəqliyyat hadisələrində piyadaların vurulması narahatçılıq doğurur. Hadisələr bütün göstəricilərinə görə aşağı düşsə də, qeydə alınan yol-nəqliyyat hadisələrində piyada vurma faktorları ümumi hadisələrin təxminən 65%-ini keçib. Sürücü diqqətsizliyi, piyada səhlənkarlığı bu hadisələrin sayının artmasına təsir göstərir. Əməkdaşlarımız tərəfindən son bir həftə ərzində 2186 piyada saxlanılıb. İlin əvvəlindən iyulun 29-na kimi isə 78000-də artıq piyada saxlanılaraq məsuliyyətə cəlb edilib”.

Vaqif Əsədov əlavə edib ki, vaxtilə sürət həddinin aşılması ilə bağlı yol-qəza hadisələri təxminən 50%-ə yaxın təşkil edirdisə, bu gün sürət həddinin aşılmasına qarşı tədbiq edilən vasitələr nəticəsində hadislər 37%-ə enib:

"Bu da o deməkdir ki, DYP-nin məqsədli həyata keçirdiyi tədbirlər, vaxtında cəza metodlarından istifadə edilməsi və xəta törədənlərin aşkarlanaraq məsuliyyətə cəlb edilməsi hadisələrin sayının aşağı düşməsinə təsir göstərib”.

160 sürücü cərimələndi - DYP AÇIQLADI - Oxumaq üçün tıklayın!

Xəyalə Məmmədova/ METBUAT.AZ 


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR