Play Store

Sağlam doğulmaq mümkün olacaq - Tibbdə yenilik

Uşaqlar doğulmadan gen dəyişikliyinə məruz qala biləcək.

Metbuat.az xəbər verir ki, ABŞ tədqiqatçıları bu yolla uşağın genetik olaraq aldığı və böyüdükdə xəstəliklərə çevrilə biləcək genlərin qarşısının alına biləcəyini deyir.

Elm dünyasında ilk olan bu üsul embrion üzərində gen dəyişikliyi aparmağa imkan verəcək. Bu yolla minlərlə xəstəliyin gələcək nəsillərə ötürülməsinə əngəl yaranmış olacaq.

Üsulu tətbiq edən alimlər qüsurlu genin bərpa edilməsi yolu ilə uşaqda gələcəkdə yarana biləcək ürək xəstəliklərinin aradan qaldırılmasının mümkünlüyünü iddia edir. ABŞ tədqiqatçıları yeni üsulun xüsusilə gənc idmançıların qəfl ölümlərinə səbəb olan ürək xəstəliklərinə çarə olacağına inanır.

Qarındakı yağlardan qurtulmağın - RESEPTİ-Oxumaq üçün tıkla

Aytən Novruzova / Metbuat.az


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR