Play Store

DİQQƏT: Oturaq işlə məşğul olanlar - Ölüm riskiniz yüksəkdir

Tədqiqatçılar masa arxasında işləyənlərin digərlərinə nisbətən qısa ömür sürdüyünü iddia edir.

Metbuat.az xəbər verir ki, müntəzəm olaraq masa arxasında işləyənlərin digərləri ilə müqayisədə 40% daha az yaşadığı ortaya çıxıb.

Bir neçə dəqiqə sərf etməklə problemdən qurtulmaq mümkündür.

Əl sinirləri və qollarınıza gedən qan dövranını sürətləndirin:

Bədənin ən həssas sinirləri barmaqlarınızda olduğu üçün hərəkətlərə əllərdən başlayın. Barmaqlarınızı bir-birinə keçirərək kürəyinizi masaya dayayaraq qollarınızı ətrafa doğru açın. Bir-birinə sıxdığınız barmaqları açmadan ayağa qalxaraq qollarınızı yuxarıya doğru hərəkət etdirin. Qollarınızı başınızın arxasına keçirərək tavana baxacaq şəkildə 10-15 saniyə ərzində saxlayın.

Boyun və kürək əzələlərini hərəkət etdirin:

Boyun və kürəyinizdəki ağrını aradan qaldırmaq üçün çiyinlərinizi yuxarıya doğru qaldıraraq 10-15 saniyə ərzində hərəkət etdirin.

Boyun və beldəki ağrıları aradan qaldırmaq üçün ayağa qalxaraq çiyinlərinizi yuxarıya doğru hərəkət etdirin. Boynunuzu dairəvi şəkildə 10-15 saniyə hərəkət etdirin.

Sağlam doğulmaq mümkün olacaq - Tibbdə yenilik-Oxumaq üçün tıkla

Aytən Novruzova / Metbuat.az


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR