Play Store

SİZİ ÇƏKİR: Yol polislərin üzrərində kamera var - AÇIQLAMA

Ötən gün paytaxta xanım sürücünün lentə aldığı görüntülərə cavab olaraq DYP-nin paylaşdığı videoda diqqət çəkən bir məqam var idi. Xanım sürücünün görüntüsünün polis üzərindəki kameradan lentə alındığı görünürdü.

Məsələ ilə bağlı Metbuat.az-a açıqlama verən Bakı Şəhər Baş Dövlət Yol Polis İdarəsinin ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Vaqif Əsədov bildirdi ki, polis əməkdaşlarının üzrəində xüsusi texniki vasitər var:

“Polislər həmçinin “BMW” markalı polis avtomobillərində olan “İ-patrul” sisteminin kameralarından da istifadə edilər. Bunu istifadə etməkdə məqsəd odur ki, fəaliyyətimizlə bağlı bizə edilən müdaxilə və narazılıqla əlimizdə sübut olsun. Bakı Şəhər Baş Dövlət Yol Polis İdarəsinə sürücü-polis münasibəti ilə bağlı gün ərzində orta hesabla 25-ə yaxın müraciət daxil olur. Yaxşı ki, bu texniki vasitələr var. Səsyazan və videokamera qurğuları vasitəsilə gün ərzində 25 nəfərin məktubu araşdırılır, onların nə dərəcədə haqlı olub-olmadıqları təsdiq olunur. Ən azından, 25 nəfərin 24-ü səhv etdiyini anlayır”.

Piyadaların vurulması hadisələrinin sayı artır - DYP-dən həyəcan təbiri - OXUMAQ ÜÇÜN TIKLAYIN!

Xəyalə Məmmədova / METBUAT.AZ 


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR