Play Store

Dəniz duzlu və ballı dondurma - RESEPT

Dondurma yay aylarının imtina edə bilməyəcəyiniz çərəzlərindən biridir.

Metbuat.az dəniz duzlu və ballı dondurmanın reseptini təqdim edir:

Ərzaqlar

2 fincan çalınmış krem

1 banka şəkərli qatılaşdırılmış süd

 ¼ fincan bal + 1 yemək qaşığı bəzək üçün + arzu olunarsa biraz daha servis üçün

 ½ çay qaşığı dəniz duzu

Hazırlanması

Kremi kasaya tökərək əvvəlcə yavaş sürətlə mikserlə çalmağa başlayın, sonra sürəti artırın. Krem tamamən sərt forma alana qədər 2 dəqiqə ərzində çalın.

Spatulanin köməyi ilə qatılaşdırılmış südü, ¼ fincan balı və ½ çay qaşığı dəniz duzunu kremin üzərinə əlavə edib bir-birinə tamamən hopana qədər qarışdırın. Hava keçirməyən bir qaba töküb üstünə bir yemək qaşığı bal əlavə etdikdən sonra ağzı bağlı şəkildə dondurucuya qoyub 6 saat saxlayın.

Dondurma qaşığının köməyilə qablara tökün. Servis zamanı arzu olunarsa biraz balı dəniz duzuyla qarışdırıb üzərinə əlavə edə bilərsiniz.

Nuş Olsun!

Əfsanəvi mobil telefonlar geri qayıdır... - FOTOLAR-Oxumaq üçün tıkla

 Aytən Novruzova / Metbuat.az



Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR