Play Store

Sabaha olan hava proqnozu açıqlandı - 40° isti olacaq

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən Mətbuat.az-a verilən məlumata əsasən, avqustun 7-də Bakıda və Abşeron yarımadasında hava günəşli olacaq. Zəif şimal küləyi gündüz cənub-şərq küləyi ilə əvəz olunacaq. Havanın temperaturunun gecə 23-26° isti, gündüz 34-39° isti olacağı gözlənilir.

Naxçıvan Muxtar Respublikasında hava günəşli olacaq, zəif şərq küləyi əsəcək. Temperaturun gecə 21-26° isti, gündüz 37-42° isti olacağı ehtimalı var. 

Yuxarı Qarabağ: Xankəndi, Şuşa, Xocalı, Xocavənd, Qubadlı, Zəngilan, Laçın, Kəlbəcər, həmçinin Daşkəsən-Gədəbəy rayonlarında hava yağmursuz keçəcək, zəif şərq küləyi əsəcək. Havanın temperaturunun gecə 15-20° isti, gündüz 28-33° isti olacağı gözlənilir. 

Qazax, Gəncə, Goranboy, Tərtər, Ağdam, Füzuli, Cəbrayıl rayonlarında hava günəşli olacaq, zəif şərq küləyi əsəcək. Temperaturun gecə 20-25° isti, gündüz 34-39° isti olacağı ehtimalı var. 

Balakən, Zaqatala, Qax, Şəki, Oğuz, Qəbələ, İsmayıllı, Ağsu, Şamaxı, Siyəzən, Şabran, Xızı, Quba, Xaçmaz, Qusar rayonlarında hava yağmursuz keçəcək, zəif şərq küləyi əsəcək. Temperaturun gecə 19-24° isti, gündüz 33-38° isti, dağlarda gecə 13-18° isti, gündüz 26-31° isti olacağı gözlənilir. 

Mərkəzi-Aran: Mingəçevir, Yevlax, Göyçay, Ağdaş, Kürdəmir, İmişli, Ağcabədi, Beyləqan, Sabirabad, Biləsuvar, Saatlı, Şirvan, Hacıqabul, Salyan, Neftçala rayonlarında hava günəşli olacaq. Zəif şərq küləyi əsəcək. Temperaturun gecə 21-26° isti, gündüz 35-40° isti olacağı ehtimalı var. 

Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara rayonlarında hava günəşli olacaq, zəif şərq küləyi əsəcək. Havanın temperaturunun gecə 23-25° isti, gündüz 33-38° isti, dağlarda gecə 14-19° isti, gündüz 28-33° isti olacağı gözlənilir.

Qaçqınkom açıqlama yaydı - Ölən və yaralananlar yoxdur


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Xəta (#32)

Aktual mövzular: Dollar alış-satışı , Qarabağ, Hava, Məzənnə

Xəta (#32)

Daxili server xətası meydana gəldi.

Server sorğunu icra edərkən yuxarıdakı səhvlə qarşılaşdı.

Əgər fikirləşirsizsə bu serverlə bağlı səhvdir,zəhmət olmasa bizimlə əlaqə saxlayın.