Parisdə İslama növbəti zərbə vuruldu

Parisdə İslama növbəti zərbə vuruldu
21:42 8 Yanvar 2015
117 Dünya
Ölkə mətbuatı
A- A+

Parisdə terror aktı törədilib. "Charlie Hebdo" satirik nəşrin redaksiyasına basqın edən 2 maskalı şəxs qarşısına çıxan hər kəsi güllələyib. Artıq 12 nəfərin ölməsi barədə məlumat var. Qurbanların sayının artması da istisna edilmir. Bir neçə dəfə Həzrət Məhəmmədə (s) karikatura dərc edən nəşrin əməkdaşlarının İŞİD terror qruplaşmasının hücumuna məruz qaldığı ehtimal olunur. Baş verənlərdə və baş verənlərin təqdim edilməsində isə bəzi maraqlı məqamlar var.
 
Məsələ burasındadır ki, Peyğəmbərə karikaturalar illər öncə dərc edilsə də, İŞİD liderinin karikaturaları "Charlie Hebdo"da bir müddət əvvəl işıq üzü görüb. Və, əlbəttə, ki, burda hücumun məhz sonuncu peyğəmbərin karikaturalarına görə reallaşmasından söhbət gedə bilməz. Hücum edən olsaydı indiyə qədər niyə etmirdi?
 
Əlbəttə ki, baş verən hadisənin arxasında hansı qüvvələrin dayanmasından asılı olmayaraq Paris olaylarının yalnız bir adı var – terror. Terroru isə bütün dünya və dinlərlə yanaşı İslam da pisləyir. Amma maraqlıdır ki, hadisə barəsində xəbər verən əksər KİV faciəni birbaşa Həzrət Məhəmmədə (s) çəkilən karikaturalarla, dolayısı ilə İslamla əlaqələndirdi.
 
Daha bir maraqlı məsələ isə bu hadisənin məhz indi baş verməsidir. Artıq neçə müddətdir ki, Avropanın bir çox ölkələrində anti-İslam nümayişlər keçirilir, müsəlmanların bu dövlətlərə mühacirət etməsi şərtlərinin sərtləşdirmə tələbləri səsləndirilir, hətta məscidlərə od vurulur. Bu proseslərə paralel olaraq İslamın müdafiəçiləri də sübuta yetirməyə çalışırlar ki, nə “Taliban”, nə “Əl-Qaidə”, nə də İŞİD İslam deyil, bütün bunlar məhz İslamın aradan qaldırmağa çalışdığı tendensiyaların daşıyıcılarıdırlar. Və məhz belə həssas məqamda Paris olayı baş verdi... Belə təsəvvür yaranır ki, bütün bu nümayişlər, məscidlərin təhqir olunması, yandırılması və ardından redaksiyaya basqın bir zəncirin halqalarıdır və vahid mərkəzdən idarə olunur. İŞİD isə, həmişə deyildiyi kimi, yenə də öz ağalarına sadiq köpək rolunda çıxış etdi. Lazım olan məqamda lazım olan səmtə qısqırtdılar, onlar da öz işlərini gördülər. Zərbə isə İslama və müsəlmanlara dəydi. Həmişə olduğu kimi.
 


Xəbərin orijinal ünvanı: http://news.milli.az/world/317964.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR