Bakıda dəhşətli qətl törədən qatil ANS-ə danışdı: "Peşman deyiləm" (VİDEO)

Bakıda dəhşətli qətl törədən qatil ANS-ə danışdı: "Peşman deyiləm" (VİDEO)
21:46 8 Yanvar 2015
278 Sosial
Ölkə mətbuatı
A- A+

İtin hürməsilə nəticələnən qətlin təfərrüatları açıqlanıb.

ANS TV-nin məlumatına görə, Səbail Rayon Pois İdarəsi 39-cu polis bölməsi və rayon prokurorluğu əməkdaşlarının keçirdiyi əməliyyat zamanı 1988-ci il təvəllüdlü Çobanov Elçin Elman oğlu saxlanılaraq istintaqa təqdim olunub. O, ifadəsi zamanı qətlə yetirilən 26 yaşlı Həsənov Həsən Namiq oğlu və yaralanan 22 yaşlı Məmmədzadə Orxan Təbriz oğlu ilə aralarında yaranan mübahisəyə aydınlıq gətirib.

"İnstitutda oxuyan yoldaşımı götürmək üçün arxasınca getmişdi. İki nəfər qaqaş “Sahil” bağında iti gəzdirirdi. Yoldaşımın rəfiqələri bizdən qabaqda gedirdi. Bu zaman onlardan biri iti üstünə qısqırtdı. Bundan sonra onlara yaxınlaşıb, bunun nə üçün etdiklərini soruşanda dedi ki, qorxma dişləməz”.

Bundan sonra isə iki nəfərlə əlbəyaxa olan Elçin Çobanov cibində gəzdirdiyi bıçaqla hər iki şəxsə xəsarət yetirib.

“Sonra onlar başladılar iti dartışdırmağa. Onlardan biri çantasını və gödəkcəsini çıxardaraq məni vurmağa başladı. O an mən özümü itirdim. Bilmədim necə oldu, neyləmişəm, kimi vurmuşam?. Peşman da deyiləm. Mənim ailəmə sataşıb. Mən heç kimin ailəsinə sataşmamışam”- deyə saxlanılan şəxs Elçin Çobanov bildirdi.

Elçin iş ilə əlaqədar olaraq mütəmadi olaraq cibində bıçaq gəzdirdiyini də bildirib: “Balaca bıçaqdır, həmişə də üstümdə olub. Onunla kolbasa, çörək doğrayıram”.

Faktla bağlı Elçin Çobanov barəsində Səbail Rayon Prokurorluğunda cinayət işi başlanılıb, istintaq araşdırmaları davam etdirilir.

Dekabrın 6-da Bakıda Bülbül prospektində, Üzeyir Hacıbəyov küçəsinin kəsişməsində, “Sahil” bağında naməlum şəxs 1989-cu il təvəllüdlü Həsənov Həsən Namiq oğlu və onun yanında olana 1993-cü il təvəllüdlü Məmmədzadə Orxan Təbriz oğlu bıçaqla xəsarət yetirərək hadisə yerindən qaçmışdı.


Xəbərin orijinal ünvanı: http://anspress.com/index.php?a=2&lng=az&cid=30&nid=318537

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR