Ermənistan vətəndaşı qətl törətdi - Gürcüstanda saxlanıldı

Gürcüstan polisi avtomobilə qəza törətməklə ana və uşağın ölümünə səbəb olan Ermənistan vətəndaşını saxlayıb.

Avqustun 5-də 1995-ci il təvəllüdlü kişi Surami rayonunda, Tbilisi-Senaki-Leselidze yolunda “Nissan Tiida” markalı minik avtomobili ilə 38 yaşlı ana və 5 yaşlı uşağı vurub. 

Ana və uşaq hadisə yerində ölüb. Ermənistan vətəndaşına qarşı iki və daha çox insanın ölümünə yol açan yol-nəqliyyat hərəkəti və istismarı qaydalarının pozulması maddəsi ilə cinayət işi açılıb. Əgər sürücünün günahı təsdiqini taparsa, onu 6 ildən 10 ilə qədər azadlıqdan məhrumetmə cəzası gözləyir. //APA

Arvadı intihar etmişdi - Ər də özünü güllələdi


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR