Play Store

ABŞ hərbi təyyarəsi qəzaya uğradı - 3 nəfərin itkin düşdü

ABŞ dəniz piyadaları korpusuna məxsus olan “MV-22 Osprey” təyyarəsi Avstraliya sahillərində qəzaya uğrayıb.

“Bonhomme Richard” desant gəmisinin göyərtəsindən havaya qalxan və planauyğun əməliyyat keçirən “MV-22” suya düşüb. 

Konvertoplanın göyərtəsində olan 26 nəfərdən 23-nün xilas edildiyi, 3 nəfərin itkin düşdüyü bildirilir. 

Məlumat Yaponiyanın Okinava adasında yerləşən ABŞ dəniz piyadaları 3-cü ekspedisiya korpusunun saytında yerləşdirilib. 

Hazırda axtarış-xilasetmə əməliyyatı aparılır.

Avstraliyanın müdafiə naziri Maris Peyn axtarış-xilasetmə əməliyyatı keçirən ABŞ hərbiçilərinə hər cür kömək göstərməyə hazır olduqlarını bildirib. //APA

Bu təsadüflər maraqlı və gülməlidir - FOTO




Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR