Play Store

Sumqayıtda zərərçəkənlər üçün çadırlar quraşdırır - FHN

Xəbər verildiyi kimi, avqustun 5-də Sumqayıt şəhərində beşmərtəbəli yataqxana binasında yanğın baş verib.

Mətbuat.az-ın Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən verdiyi xəbərə görə, yanğın nəticəsində mənzillərinə ziyan dəymiş bəzi vətəndaşların həyat fəaliyyətini təmin etmək üçün avqustun 6-da Fövqəladə Hallar Nazirliyi Mülki Müdafiə Qoşunları tərəfindən 30 çadırın quraşdırılmasına başlanılıb.  

Çadırların quraşdırılması işlərinə FHN Mülki Müdafiə Qoşunlarının 35 nəfərlik şəxsi heyəti və texnikası cəlb olunub. //APA

ABŞ-Rusiya müharibəsi, Qarabağın taleyi... - Azərbaycan



Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR