Meyxanaçıdan sərt ittiham gəldi - "Bəstəkarlıq sözünün “B” hərfi də yoxdur"

Meyxanaçı Namiq Qaraçuxurlu narazılıq edib. 

Son günlər şou-biznes aləmi biri-birindən narazılıq edir. Deyəsən, toyun azlığı onların əsəbinə  toxunur. Mətbuat.az xəbər verir ki, bəsit mahnıları, musiqiləri qınayanlara meyxanaçı Namiq Qaraçuxurlu da qoşulub:

“Bu cür mahnılarda heç bəstəkarlıq sözünün “B” hərfi yoxdur. Məntiqlə bu cür mahnıları düzüb-qoşanlara bəstəkar demək olmaz. Mən də bəstəkar sayılmıram. Bəstəkar sözü ağır sözdür. Önümüzdə böyük bəstəkarlar olmasaydı, mənə bəstəkar demək olardı. Baxmayaraq ki, oxuyuram, ancaq özümə müğənni deyə bilmərəm. Ancaq illərin müğənniləri var, 1 dənə də olsa mahnı bilmirlər. Belə müğənnilərə baxanda, özümə az da olsa müğənni deyə bilirəm".

Xəstənin qoltuğunun altından çıxan həkimləri şoka saldı - FOTOLAR

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR