Silahlı hücumun İslam dini ilə əlaqələndirilməsi pislənir

Silahlı hücumun İslam dini ilə əlaqələndirilməsi pislənir
21:52 8 Yanvar 2015
106 Dünya
Ölkə mətbuatı
A- A+

Azərbaycanlı sosial media istifadəçiləri Fransada "Charlie Hebdo" jurnalının redaksiyasına silahlı hücumu qınayır.

Milliö.Az BBC-yə istinadən bildirir ki, ötən gün redaksiyaya silahlı hücum nəticəsində 12 nəfər öldürülüb. Fransa polisi şübhəli qismində Cherif və Said Kouachi adlı qardaşların adını çəkərək onları "silahlı və təhlükəli" adlandırıb.
 
Keçmiş deputatlığa namizəd Bəxtiyar Hacıyev Facebook səhifəsində “Peyğəmbərin gülüş hədəfinə çevrilməsi səhv” adlandırsa da, “bu səhvin cavabı olaraq silahlı terror törətmək, insanları qətlə yetirməyi qınayıb.
 
“5-10 axmaq, cahil, radikal terroristin səhv addımına görə 1.6 milyardlıq İslam dininə inananları da aşağılamaq, terrorist adlandırmaq da səhvdir, qınanmalıdır”, cənab Hacıyev əlavə edib.
Fuad Məmmədzadə isə baş verən hadisəyə görə İslam dininin tənqid edilməsinə fikir bildirib.
“İslamda bir insanı öldürmək insanlğı öldürməyə bərabər olduğu bildirilir. Fransadakı terror aksiyasını törədənləri mən də pisləyirəm bunların İslam dinini ləkələyən insanlardır.”
 
Musavat partiyasının üzvü Arzu Səmədbəyli qeyd edib ki, “terrorun yeri və milliyəti olmur, hər bir terror nifrətə layiqdir”.
Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədri Əli Kərimli bildirib ki, "bu anti–insani əməlinin əsas zərərçəkəni ilk növbədə İslam dini və bütün dünyada yaşayan müsəlmanlardır".
 
"Həm bugünkü qanlı terror, həm də İslam dini adına törədildiyi iddia olunan bu qəbildən digər terror əməlləri hamılıqla, xüsusilə müsəlmanlar tərəfindən pislənilməlidir".
 
Dünya liderlərindən dəstək
 
Bu basqın ABŞ prezidenti Barack Obama da daxil olmaqla dünya liderləri tərəfindən pislənib. Liderlər Fransaya kömək əllərini uzatmağa hazır olduqlarını bəyan ediblər.
 
Birləşmiş Krallığın Baş naziri David Cameron Twitterdə qətlləri "ürəkbulandırıcı" adlandırıb.
 
Sünni İslamının aparıcı tədqiqat mərkəzlərindən olan Qahirə əl-Əzhar Universiteti hücumu “cinayət” adlandırıb və əlavə edib ki, “İslam zorakılığı rədd edir”.
Bu basqın Ərəb Liqası tərəfindən də pislənib. Roma papası Francis hücumu “rəzil hərəkət” kimi qiymətləndirib.
 
Milli.Az

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR