Təcilli yardıma 334 min müraciət olub - 6 ay ərzində

Cari ilin 6 ayı ərzində Bakı şəhər Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasına 334 mindən artıq müraciət daxil olub. 

Səhiyyə Nazirliyindən Metbuat.az-a verilən məlumata görə, Bakı şəhər Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasına daxil olan müraciətlər əsasında 31 min 800-dən çox vətəndaş xəstəxanalara yerləşdirilib.

Bu müddət ərzində reanimasion tədbirlərin görülməsi nəticəsində çox ağır vəziyyətlərdən çıxarılaraq həyatı xilas edilən xəstələrin sayı 1100 nəfərdən çox olub. Qəfləti xəstəliklərlə müraciətlərin sayı 179 mindən artıq, miokard infarktı ilə müraciətlərin sayı 460, hospitalizasiya 440-a yaxın, insultla müraciətlərin sayı 1880, hospitalizasiya 1680, doğuşla bağlı müraciətlərin sayı 1580, avtoqəza zamanı xəsarət alanların sayı 1170 hospitalizasiya 1000-dən artıq olub.

Cari ilin 6 ayı ərzində uşaqlar üçün edilən çağırışların sayı 36 min 500-dən, onlardan xəstəxanalara yerləşdirilənlərin sayı isə 6 min 300-dən artıq olub.

Aysel Yaqubqızı / Metbuat.az

Limonun içinə duz doldurub saxlayın - Oxumaq üçün tıkla


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR