Play Store

HƏBS: Azərbaycanın ən gözəl oğru qızları... - FOTOLAR

Bəzən zərif cinsin nümayəndələri də oğurluq və ya başqa ağır cinayətlər törədirlər.

Metbuat.az son aylar ərzində ölkədə oğurluq və digər cinayətlər törətməkdə təqsirləndirilən qadınları təqdim edir:

Bu qız dayısının evindən oğurluq edib. Nərimanov rayonunda baş verən hadisə zamanı evdən 10 min manatdan çox dəyəri olan qızıl-zinət əşyaları oğurlanıb. Ancaq çox keçməyib ki, polis hadisəni törədən şəxsləri saxlayıb

Gözəllik salolarına bəzənmək adı ilə gələn qadın oğurluq edib.

Hadisə paytaxtın Nəsimi rayonunda olub. Bir neçə salon rəhbərliyi polis idarəsinə məlumat verib ki, onların müştərilərinin çantalarından oğurluq olub. 22-ci polis bölməsinin əməkdaşları dərhal əməliyyat-axtarış tədbirlərinə başlayıblar. Bu işdə şübhəli kimi Gülnarə Novruzova Şirvan şəhəri ərazisində tutulub.

Sevgilisi ilə birlikdə oğurluqda ittiham olunan qız gözəlliyi ilə sosial şəbəkələrdə geniş müzakirə olunub.

Hadisə 4 iyun tarixində metronun “Neftçilər” stansiyasının yaxınlığında baş verib. İki nəfər naməlum şəxs Yeganə İsayevaya zor tətbiq edərək əlindəki pul kisəsini alaraq hadisə yerindən qaçıblar.  

Polis əməkdaşlarının əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törətməkdə şübhəli bilinən Kərimova Səidə İlham qızı və sevgilisi Hüseynov İsrafil Məziyəddin oğlu saxlanılıb və istintaqa təqdim olunub. 

Maraqlıdır ki, Səidənin görüntüləri efirə verildikdən sonra izləyicilər belə gözəl xanımın oğurluqda ittiham olunmasına təəssüfləndiklərini ifadə ediblər.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR