Kürdə suyun səviyyəsi artıb

Böyük Qafqazın Quba-Xaçmaz bölgəsi çaylarında sululuq ongünlük normanın 60-70, Kiçik Qafqazın çaylarında 20-60, Lənkəran-Astara bölgəsi çaylarında 50-100 və Naxçıvan MR çaylarında isə 50 faizini təşkil edir.

Metbuat.az xəbər verir ki, bu barədə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) Milli Hidrometeorologiya Departamentinin məlumatında deyilir.

Avqustun 7-də Kür çayının Qıraqkəsəmən məntəqəsində suyun səviyyəsində dəyişiklik müşahidə olunmayıb. Hazırda məntəqədə su sərfi 50 m3/s olmaqla ongünlük normanın 38 faizini təşkil edir. 2016-cı ildə isə bu rəqəm 85 m3/s olmaqla ongünlük normanın 64 faizini təşkil edib.

Qanıx çayının Əyriçay məntəqəsində suyun səviyyəsində 1 sm azalma müşahidə olunub. Hazırda məntəqədə su sərfi 12.0 m3/s olmaqla, ongünlük normanın 17 faizini təşkil edir. 2016-cı ildə isə bu göstərici 88 m3/s təşkil edərək ongünlük normanın 127 faizinə bərabər olub.

Avqustun 7-də Kür çayının aşağı axınında suyun səviyyəsində əsasən artım müşahidə olunub. Belə ki, Kür çayının Surra və Şirvan məntəqələrində 4, Bankədə 6 sm artım, Araz çayının Novruzlu məntəqəsində 2 sm azalma qeydə alınıb. Salyan məntəqəsin də isə suyun səviyyəsində dəyişiklik müşahidə olunmayıb.

Hazırda Surra məntəqəsində suyun səviyyəsi 352 sm (2016-cı il avqustun 07-də 368 sm), Şirvanda 207 sm, Salyanda 117 sm (2016-cı il avqustun 07-də 148 sm), Bankədə 177 sm (2016-cı il avqustun 07-də 185 sm), Araz çayının Novruzlu məntəqəsində isə 58 sm (2016-cı il avqustun 07-də 79 sm) təşkil edir.

VİDEO: Qadının ağzından elə bir şiş çıxdı ki.... - Tanınmaz haldadır... - Oxumaq üçün tıkla

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
loading...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR