Milli Park yanır

Avqust 7-də saat 13 radələrində Hirkan Milli Parkının yüksək dağlıq ərazisində yanğın hadisəsi baş verib. Yanğının söndürülməsi üçün əraziyə Ekologiya və Təbii Sərvətlər (ETSN) və Fövqəladə Hallar Nazirliklərinin (FHN) yerli qurumlarının əməkdaşları cəlb olunub.

ETSN-dən Metbuat.az-a verilən məlumata görə, yüksək dağlıq ərazidə baş verən yanğının söndürülməsi üçün mümkün olan bütün vasitələrdən, əsasən əl əməyindən istifadə edilir. Hazırda yanğının söndürülməsi istiqamətində tədbirlər görülür.

ETSN havaların çox isti keçməsi ilə əlaqədar əhalini bir daha təbiətdə olarkən odla ehtiyatlı olmağa, biçin zamanı yanğın təhlükəsizliyi normalarına riayət etməyə, söndürülməmiş siqaret kötüklərini ətrafa atmamağa, yanğın təhlükəsizliyi qaydalarına əməl etməyə və xalqımızın milli sərvəti olan meşələrimizi qorumağa çağırır.

Zaqatalada ağır yol qəzası - 2 nəfər öldü - Oxumaq üçün tıkla

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR