Nazirin görüşünün vaxtı dəyişdirildi

Nazirin Göygöldə vətəndaşlarla görüşünün vaxtı dəyişdirilib.

Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyindən Metbuat.az-a verilən məlumata görə, nazir Ramin Quluzadənin mərkəzi icra hakimiyyəti orqanları rəhbərlərinin 2017-ci ilin avqust ayında şəhər və rayonlarda vətəndaşların qəbulu cədvəlinə uyğun olaraq, avqustun 11-də Göygöl şəhərində Göygöl, Goranboy, Daşkəsən, Samux, Kəlbəcər, Xocalı rayonlarının, Gəncə və Naftalan şəhərlərinin sakinləri ilə keçirilməsi nəzərdə tutulan görüşünün vaxtı dəyişdirilib.

Avqust ayı üzrə keçiriləcək görüşün tarixi barədə əvvəlcədən məlumat veriləcək.

Milli Park yanır - SON DƏQİQƏ - Oxumaq üçün tıkla

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR