Play Store

Azərbaycanda 5 polis tüstüdən zəhərlənib - DİN

Avqustun 5-də saat 20:50 radələrində Sumqayıt şəhərində, hazırda məcburi köçkünlərin yaşadığı beş mərtəbəli yataqxanada baş verən yanğında 5 polis əməkdaşı tüstüdən zəhərlənib.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Metbuat.az-a verilən məlumata görə, yataqxananın üçüncü mərtəbəsində ilkin məlumatlara əsasən elektrik şəbəkəsində yaranmış qısaqapanmadan sonra yanğın hadisəsi baş verib. Nəticədə 100 kvadratmetr sahə əşyaları ilə birlikdə yanıb.

DİN-in “102 Zəng Mərkəzi”ndən daxil olan məlumatla əlaqədar hadisə yerinə çatan Sumqayıt Şəhər Polis İdarəsinin əməkdaşları binadan 80 ailənin təhlükəsiz əraziyə təxliyyə olunmasında yaxından iştirak ediblər.

Sakinləri yanan binadan çıxararkən polis əməkdaşlarından 5 nəfəri - polis kapitanı Sərxan Ağamirov, polis leytenantları Yaqub Cəlilov, Anar Abbaslı, polis serjantları Ümüd Cəfərov, Asim Kərimli də tüstüdən zəhərlənib, həm də müxtəlif dərəcəli xəsarətlər alıblar. Həkim nəzarətinə götürülən polislərin vəziyyəti yaxşıdır və hazırda xidmətlərini davam etdirirlər.

Milli Park yanır - SON DƏQİQƏ - Oxumaq üçün tıkla


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR