Qaçqınlar son anda xilas edildi - Aralıq dənizində əməliyyat

Liviyanın Aralıq dənizi sahillərində boğulmaq təhlükəsi ilə üzləşən 140-a yaxın miqrant xilas edilib.

Metbuat.az-ın məlumatına görə, onların arasında qadın və uşaqlar da olub. Əməliyyat Tripoli şəhərindən 40 km məsafədə həyata keçirilib.

Rezin qayıq və kiçik gəmiylə Avropaya keçməyə çalışan qaçqınlar təhlükə ilə üzləşib. Lakin xilasedicilərin səyi nəticəsində ciddi faciənin qarşısı alınıb.

Sübhan / METBUAT.az 



Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR