Venesuelada aksiyalar səngimir - Paytaxt yenə ixtişaşlara səhnə oldu

Venesuelanın paytaxtı Karakasda Konstitusiya Assambleyasının fəaliyyətə başlamasına etiraz olaraq nöbəti dəfə aksiya təşkil edilib.

Metbuat.az-ın məlumatına görə, polis nümayişçiləri dağıtmaq üçün gözyaşardıcı qaz və təzyiqli sudan istifadə edib. İxştişaşlar zamanı 20-yə yaxın nümayişçi xəsarətlər alıb. Onların arasında müxalifət partiyasından olan deputatlar da var.

Qeyd edək ki, prezident Nikolas Maduronun tabeçiliyində olan Konstitusiya Assambleyası müxalifətin üstünlük təşkil etdiyi parlamenti əvəz etməlidir. Müxalifət isə bu orqanın yaradılmasının demokratiyaya zidd olduğunu irəli sürərək onun ləğvini tələb edir.

Sübhan / METBUAT.az



Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR