Play Store

Moskva sanksiyalara cavab verə bilər - "Adekvat addım ata bilərik"

Rusiya Avropa Birliyinin Moskvaya qarşı yeni sanksiya qərarına qarşılıq verə biləcəyini istisna etmir.

Metbuat.az-ın məlumatına görə, Xarici İşlər Nazirliyinin bəyənatında qeyd olunur ki, yeni qadağalar beynəlxaql hüquq normalarına ziddir. Üstəlik Moskvaya qarşı irəli sürülən iddialar həqiqəti əks etdirmir.

Qeyd edək ki, 3 gün əvvəl Avropa Birliyi Rusiyaya qarşı yeni sanksiyalar tətbiq edib. Buna səbəb olaraq Moskvanın Almaniyanın Simens şirkətindən aldığı qaz turbinlərindən qanunsuz olaraq Krımda istifadə etməsi göstərilib.

Çünki qurum Krımı Ukrayna ərazisi kimi tanıyır. Qadağalar Rusiyanın 3 şirkət və eyni sayda vətəndaşına şamil edilib.

Sübhan / METBUAT.az 



Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR