Play Store

VİDEO: Hava qaralan kimi dəhşətli müharibə başlayacaq - QANLI TARİX

Rusiya-Gürcüstan müharibəsindən 9 il ötür.

Metbuat.az xəbər verir ki, 2008-ci il avqustun 8-nə keçən gecə rəsmi Tiflis Cənubi Osetiya və Abxaziyada nəzarəti bərpa etmək məqsədilə Sxinvali üzərinə hücuma keçib. Günün birinci yarısında dünya xəbər agentlikləri gürcü ordusunun müvəffəqiyyətli hücumu və Sxinvaliyə nəzarəti ələ keçirməsi haqda xəbərlər yaymaqda idi.

Avqustun 9-da Rusiyaya məxsus 150 tank Şimali Osetiya istiqamətindən Cənubi Osetiyaya daxil oldu. Rus qoşunları və separatçılar əks-hücuma keçərək bölgəni Rusiya ilə əlaqələndirən Roki tunelini geri qaytararaq irəliləməyə başladı.

Gürcüstan-Rusiya müharibəsi rus və gürcü xalqları arasında uçurum yaratdı. Gürcüstan Rusiyaya nəinki quru, hətta hava yolunu da bağladı. Müharibə nəticəsində Cənubi Osetiyadan 30 minə yaxın gürcü qaçqın düşdü.

Beynəlxalq və yerli mənbələr həmin vaxt münaqişə zamanı mindən çox insanın həlak olduğunu bildirib. Beşgünlük müharibə nəticəsində Rusiya Abxaziya və Cənubi Osetiyanın "müstəqilliyini" tanıyaraq, həmin ərazilərə əlavə hərbi qüvvə və silah-sursat yerləşdirdi. 

Rusiya, Nikaraqua, VenesuelaNauru kimi ölkələrdən başqa bütün dövlətlər Cənubi Osetiyanı və Abxaziyanı Gürcüstan ərazisi kimi tanıyır.

İki ölkə arasında diplomatik əlaqə kəsilsə də, 2012-ci ilin sonlarında Rusiya və Gürcüstan ticarət, iqtisadiyyat və humanitar məsələlər üzrə dialoqu bərpa ediblər.

Gürcüstanın ərazi bütövlüyü məsələsi Tiflisin, Moskvanın, eləcə də Abxaziya və Cənubi Osetiyanın iştirakı ilə 2008-ci ilin oktyabrından etibarən "Cenevrə diskussiyası" adı altında mütəmadi müzakirə olunur. Danışıqlarda BMT, Avropa İttifaqı, ATƏT və ABŞ da iştirak edir.

Ermənilərdən o kəndə hücum, böyük talan... - Qanlı tarix-Oxumaq üçün tıkla

Aytən Novruzova / Metbuat.az



Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR