Play Store

Aksiz markası olmayan siqaretler aşkarlandı - FOTO

Gömrükçülər avtomobildə 73 min 340 ədəd siqaret aşkarlayıblar.

Dövlət Gömrük Komitəsinin mətbuat xidmətindən Metbuat.az-a verilən məlumata görə, Bakı Baş Gömrük İdarəsinin Gömrük hüquqpozmalarına qarşı mübarizə şöbəsinə daxil olan məlumat əsasında, Azərbaycan Respublikasının vətəndaşı Həsənov Kazım Bahadır oğluna məxsus "Mitsubishi Pajero" markalı, 10 HF 066 dövlət nömrə nişanlı avtomobilə gömrük baxışı keçirilib.

Yoxlama zamanı, həmin nəqliyyat vasitəsinin yük yerində, üzərində Azərbaycan Respublikasının aksiz markası olmayan, Rusiya, Ukrayna, ABŞ və digər ölkələrin istehsalı olan cəmi 73.340 ədəd müxtəlif adda siqaret aşkar edilib.


Azərbaycanda 5 polis tüstüdən zəhərlənib - DİN - Oxumaq üçün tıkla

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR