Play Store

“Adamlar və siçanlar” əsəri səhnələşdiriləcək

Əsas heyəti fiziki məhdudiyyətli aktyorlardan ibarət ƏSA Teatrı amerikan yazıçısı Con Steynbekin “Adamlar və siçanlar” əsərini səhnələşdirəcək.

Teatrın baş meneceri Nicat Qulam Metbuat.az-a məlumat verərək bildirib ki, hazırlanan tamaşa teatrın bir illik fəaliyyətində sayca üçüncü olacaq. Fərqli quruluşa və estetikaya sahib olacaq səhnə əsərində 6-sı fiziki məhdudiyyətli olmaqla 8 aktyor iştirak edəcək. Tamaşanın quruluşçu rejissoru teatrının bədii rəhbəri Nihad Qulamzadədir.

Qeyd edək ki, ƏSA Teatrı 2016-cı ilin sentyabr ayında təsis edilib.

Aytən Novruzova / Metbuat.az



Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR