İçərişəhərlə bağlı yeni - FƏRMAN

Prezident İlham Əliyev “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin fəaliyyətinin təmin edilməsi haqqında fərman imzalayıb.

Sənədə əsasən, “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin Nizamnaməsi” təsdiq edilib. (NİZAMNAMƏ)

“İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsində təsisçinin səlahiyyətlərinin həyata keçirilməsində nizamnamənin təsdiqi, nizamnamə fondunun miqdarının müəyyən edilməsi, İdarə Heyəti sədrinin vəzifəyə təyin və vəzifədən azad edilməsi, yenidən təşkili və ləğvi məsələləri Azərbaycan Prezidentinə həvalə edilib.

Nazirlər Kabinetinə Azərbaycan Prezidenti ilə razılaşdırmaqla, İdarə Heyətinin digər iki üzvünün vəzifəyə təyin və vəzifədən azad edilməsi; strukturunun və illik maliyyə hesabatlarının təsdiqi; təsərrüfat cəmiyyətlərinin yaradılmasına və ya onlarda iştirak etməyə, idarə, filial və nümayəndəliklərinin yaradılmasına razılıq verilməsi; xalis aktivlərinin dəyərinin 25 faizindən artıq məbləğdə olan əqdin (xüsusi əhəmiyyətli əqdin) və aidiyyəti şəxslə dəyəri aktivlərinin 5 faizini və daha çox hissəsini təşkil edən əqdin bağlanmasına razılıq verilməsi həvalə olunub.

Müəyyən edilib ki, idarənin nizamnamə fondu 1 000 000 manatdır və dövlət büdcəsi vəsaiti hesabına formalaşdırılır.

Nazirlər Kabinetinə Azərbaycan Prezidentinin aktlarının bu Fərmana uyğunlaşdırılması ilə bağlı təklifləri üç ay müddətində hazırlayıb Azərbaycan Prezidentinə təqdim etmək, İdarənin strukturunu, işçilərinin say həddini və aylıq vəzifə maaşlarını bir ay müddətində təsdiq etmək, Nazirlər Kabineti yanında “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin balansında olan əmlakın İdarə dövlət qeydiyyatına alındığı gündən İdarənin balansına verilməsini bir ay müddətində həll etmək, Nazirlər Kabinetinin normativ hüquqi aktlarının bu Fərmana uyğunlaşdırılmasını üç ay müddətində təmin edib Azərbaycan Prezidentinə məlumat vermək, mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının bu Fərmana uyğunlaşdırılmasını nəzarətdə saxlasın və bunun icrası barədə beş ay müddətində Azərbaycan Prezidentinə məlumat vermək, bu Fərmandan irəli gələn digər məsələləri həll etmək, İdarə dövlət qeydiyyatına alınması üçün bu Fərmanın qüvvəyə mindiyi tarixdən üç gün müddətində “Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında” Qanunu ilə müəyyən edilmiş qaydada Vergilər Nazirliyinə müraciət etmək tapşırılıb.

Maliyyə Nazirliyinə bu Fərmanda göstərilən məbləğdə maliyyələşməni bir ay müddətində təmin etmək, Ədliyyə Nazirliyinə mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının və normativ xarakterli aktların bu Fərmana uyğunlaşdırılmasını təmin edib Nazirlər Kabinetinə məlumat vermək tapşırılıb.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR