Futbolçu qadını belə ağlatdı (VİDEO)

Futbolçu qadını belə ağlatdı (VİDEO)
22:21 8 Yanvar 2015
211 İdman
Ölkə mətbuatı
A- A+

Futbolçunun komandanı tərk etməsi qadını göz yaşlarına boğub.

ANS PRESS-in məlumatına görə, Şimali İrlandiyada yaşayan Hayli Masteson adlı qadın idman xəbərlərinə baxanda "Liverpul" futbol komandasının kapitanı Stiven Cerardın komandadan ayrılacağını eşidib. 44 yaşlı qadın bu xəbəri eşidən kimi hönkür-hönkür ağlamağa başlayır. Öz-özünə "Aman Allah! Niyə! Niyə!" deyə təkrarlayır. Bu zaman qızı Kerri də mobil telefonu ilə anasını çəkib videonu internetə paylaşır.

Daha sonra jurnalistlər qadından ağlamağının səbəbini soruşanda o, "Liverpul" pərəstişkarı olduğunu deyib. "Bir neçə il əvvəl mən xərçənglə mübarizə aparırdım. Həmin zamanlar mənim tək arzum Stiven Cerardla görüşmək olub".

Qeyd edək ki, İngiltərənin "Liverpul" futbol komandasının kapitanı Stiven Cerardın ABŞ-ın "LA Galaxy" futbol klubuna keçəcəyi bildirilir. Müqavilənin qiymətinin təxminən 5,9 milyon dollar olacağı deyilir.


Xəbərin orijinal ünvanı: http://anspress.com/index.php?a=2&lng=az&cid=4&nid=318492

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR