Hamilə qala bilmirsinizsə, səbəb budur ki...

Aparılan araşdırmalar diş əti xəstəliyi olan qadınların hamilə qalma şansının 4 dəfə aşağı olduğunu sübut edib.

Metbuat.az xəbər verir ki, qadın xəstəlikləri və süni mayalanma üzrə mütəxəssislər hamiləliklə bağlı maraqlı məlumatlar verib: “Uşaq sahibi olmaq istəyən qadınlar dişətlərinə diqqət etməli, mütəmadi həkim müayinəsindən keçməlidir”.

Həkimlər deyir ki, dişəti infeksiyasına səbəb olan bakteriyalar hamilə qalma müddətini uzadır.Bu bakteriya (P.Gingivalis) tüpürcəkdə var və bir il içində hamiləlik şansını 3 qat azaldır.

Diş problemi və sonsuzluq arasındakı əlaqə Helsinki Universitetində aparılan araşdırma ilə sübut olunub. Araşdırmaçılar 19-42 yaş aralığındakı sağlam, hamilə qalmağa çalışan 256 qadını araşdırmaya daxil edib. Onlara ağız, diş və ginekoloji müayinələr edilib. 12 ay boyunca hamiləlikləri nəzarətə alınıb. Bir il sonra hamilə qalmayan qadınların tüpürcəyində tapılan “P.Ginivalis” adlı bakteriya dişəti xəstəliyi olmayan və bakteriya tapılmayan qadınlarla nisbətdə 4 dəfə daha artıq idi.

Aysel Yaqubqızı / Metbuat.Az

Azərbaycanda 83 nəfəri gün vurub - Səhiyyə Nazirliyi - Oxumaq üçün tıkla


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR