Play Store

7 avtomobil yolu istifadəyə verilib

2017-ci ilin 6 ayı ərzində 40 kənd və qəsəbələrarası avtomobil yolu layihələri uğurla icra olunub və bu müddət ərzində tikintisi başa çatdırılmış bu cür obyektlərdən 7 avtomobil yolu və 1 körpü layihəsinin açılışı olub.

Metbuat.az-ın məlumatına görə, bu barədə “Azəravtoyol” ASC-də 2017-ci ilin 6 ayının yekunlarına və qarşıda duran vəzifələrin icrası ilə bağlı keçirilən iclasda bildirilib. 

Qeyd olunub ki, respublikanın 36 rayonunda 40 kəndlərarası avtomobil yolu və 1 körpünün, Bakı şəhərində isə 10 qəsəbələrarası avtomobil yolu layihəsi üzrə tikinti və yenidənqurma işləri davam edir. 

Bu layihələrin həyata keçirilməsi 1,5 milyon əhalinin yaşadığı 466 yaşayış məntəqəsini əhatə edir, onların rahat avtomobil yollarından istifadə etməsinə, yük və sərnişin daşımasının asanlaşmasına, ən əsası isə kənd təsərrüfatı və turizmin inkişafına gətirib çıxaracaq. 

2017-ci ilin 6 ayı ərzində ümumi isifadədə olan avtomobil yollarında və Bakı şəhərində 6 yeni avtomobil körpüsü tikilib, 5-i isə təmir edilib.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR