Play Store

ABŞ böhranı aradan qaldırmaq üçün səy göstərir

ABŞ körfəz ölkələri arasında gərginliyi aradan qaldırmaq üçün ciddi addımlar atır.

Metbuat.az-ın məlumatına görə, bu məqsədlə iki yüksək rütbəli amerikalı diplomat bölgəyə göndərilib. Onlar Qətərin Səudiyyə Ərəbistanı, Birləşmiş Ərəb Əmirlikləri, Bəhreyn və digər ölkələrlə dialoq qurmasına səy göstərəcək.

Bildirilir ki, tərəflərin müzakirələrə başlamasına əngəl törədən onların Qətər qarşısında ilkin şərtlər irəli sürməsidir. Rəsmi Doha isə belə vəziyyətdə danışıqlara başlamaq niyyətində deyil.

 Sübhan / METBUAT.az 



Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR