İŞİD insanları amansızlıqla edam etdi - 600-ə yaxın cəsəd tapıldı

İraqın Tikrit şəhəri yaxınlığında kütləvi məzarlıq aşkar edilib.

Metbuat.az-ın məlumatına görə, torpaq altından aralarında uşaq və qadınların da olduğu 600-ə qədər cəsəd çıxarılıb. Lakin bu göstəricinin mini keçəcəyi güman edilir.

Bildirilir ki, İŞİD terror təşkilatı tərəfindən qətlə yetirilərək kütləvi şəkildə dəfn edilən cəsəd qalıqlarının üzərində işgəncə izləri var. Onların kimliyi hələlik müəyyən edilməyib.

Qeyd edək ki, 3 il əvvəl İŞİD terrorçuları Tikrit şəhərindən yüzlərlə insanı qaçırmışdı. Çox keçmədən onların 700-nin amansızlıqla qətlə yetirildiyinə dair məlumatlar yayıldı.

Sübhan / METBUAT.az



Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR