Enerjini simsiz ötürmək olacaq

Enerjini simsiz ötürmək olacaq
22:27 8 Yanvar 2015
Ölkə mətbuatı
A- A+

Mobil qurğu batareyalarının simsiz enerji ilə doldurulması üçün mövcud qurğular enerjini yalnız kiçik məsafəyə (cəmi bir neçə santimetr) ötürmək imkanına malikdir. Energous şirkəti bu vəziyyəti düzəltmək üçün işə başlayıb. Sözügedən şirkətin hazırladığı texnologiya enerjini 15 fut (təxminən 4,7 metr) məsafəyədək simsiz üsulla ötürməyə imkan verir.
 
Energous şirkəti tərəfindən hazırlanmış WattUp adlı sistem enerjinin ötürülməsi üçün radiotezlik, Bluetooth və başqa patentləşmiş texnologiyaların kombinasiyasından istifadə edir. Ötürücü aparat Bluetoothun köməyi ilə uyğun qurğularla əlaqə yaradır. Əlaqə yaradıldıqdan sonra Wi-Fi siqnallarının işlədiyi tezlikdə fokuslanmış radiotezlik siqnallarının ötürülməsi həyata keçirilir. Bu siqnal mobil qurğuya quraşdırılmış xüsusi çipin köməyi ilə sabit cərəyana çevrilir. Mənzili simsiz enerjidoldurma şəbəkəsi ilə tam təmin etmək üçün ötürücü aparatları müxtəlif ev qurğularına (televizor, akustika sistemləri) birləşdirmək olar.
 
Milli.Az ICTnews-a istinadən bildirir ki, Energous şirkəti öz texnologiyasını aktiv şəkildə inkişaf etdirir və bir ildən az bir müddətdə enerjinin simsiz ötürülmə səmərəliliyini 20-dən 70 faizədək artırmağa nail olub. Müqayisə üçün, enerjinin kiçik məsafəyə simsiz ötürülməsi üzrə mövcud texnologiyaların səmərəlilik dərəcəsi təxminən 90 faiz təşkil edir. Energous şirkətinin bir ötürücü aparatdan eyni zamanda bir neçə cihazı enerji ilə doldurmaq olar.
 
Energous şirkəti 2016-cı ildə enerjinin simsiz ötürülməsi üzrə öz texnologiyasının kommersiya istismarına başlamaq niyyətindədir.
 
Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/hitech/317972.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR