Tarixdə bu gün nələr baş verib? - 9 avqust

9 avqust 1959-cu ildə Azərbaycanın Milli Qəhrəmanı Məhəmməd Ələsgər oğlu Həsənov Goranboy rayonunda anadan olub.

1992-ci ilin bu günü Azərbaycan Mili Ordusunun hissələri Gədəbəy rayonunun Başkənd qəsəbəsini erməni silahlı qüvvələrindən azad edib.

9 avqust 1993-cü ildə Ali Sovetin sədri, prezident səlahiyyətlərini həyata keçirən Heydər Əliyev Azərbaycanın Xəzərdəki neft yataqlarının işlənməsində iştirak etmək istəyəq xarici şirkətlərinin nümayəndələri ilə görüşüb.

1483-cü ilin bu günü Sikstin kapellası istifadəyə verilib.

9 avqust 1940-cı ildə BerlinBağdad arasında dəmiryolunun inşası başa çatıb.

9 avqust 1945-ci ildə İkinci Dünya müharibəsi zamanı Yaponiyanın Naqasaki şəhəri atom bombardmanına məruz qalıb.

1965-ci ilin bu günündə Sinqapur Malayziyadan ayrılaraq müstəqillik qazanıb.

9 avqust 1974-cü ildə “Uotergeyt” qalmaqalı nəticəsində Riçard Nikson ABŞ prezidenti vəzifəsindən istefa verib.

Ermənilərdən o kəndə hücum, böyük talan... - Qanlı tarix-Oxumaq üçün tıkla

 Aytən Novruzova / Metbuat.az



Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR