SON DƏQİQƏ: III Dünya müharibəsi hər an başlaya bilər - FOTO

Şimali Koreyanın xəbər agentliyi KCNA Sakit okeandakı ABŞ ərazisi olan Guam adasının sahillərinə orta mənzilli raket zərbələri endirmək üçün hərbi plan hazırladığını yayıb.

Metbuat.az xəbər verir ki, Şimali Koreyanın Guam sahillərinə hədəflədiyi mərmilərin "Hwasong-12" modeli olduğu ifadə edilib.

Şimali Koreyadan gələn son açıqlamalar, Vaşinqton və Pxenyan arasındakı gərginliyin müharibəni qaçılmaz etdiyini göstərir. 

ABŞ-ın tələbi ilə toplanan Birləşmiş Millətlər Təşkilatının (BMT) Təhlükəsizlik Şurası nüvə proqramını dayandırmayan Şimali Koreyaya qarşı yeni sanksiyaların tətbiqinə qərar vermişdi. 

Şimali Koreya iyul ayında iki qitələrarası ballistik mərmini sınaqdan keçirib və artıq ABŞ-ı vura biləcək gücdə olduğunu açıqlamışdı.

ABŞ prezidenti Trump isə Şimali Koreyanın son raket sınaqlarına və açıqlamalarına cavab olaraq, “Şimalı Koreya ABŞ-ı qorxuda bilməz. Dünyanın heç görmədiyi bir atəş və qəzəblə qarşı-qarşıya qalacaqlar”- deyib.

Aysel Yaqubqızı / Metbuat.az

Suriya ordusu uşaq evini bombaladı - 1 ölü, 13 yaralı - Oxumaq üçün tıkla


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR