Play Store

Zamiqlə Abbas arasındakı qalmaqal daha da böyüdü - "Hörmətsizlik edib..."

Əməkdar artist Abbas Bağırov və müğənni Zamiq Hüseynov arasında soyuq münasibət davam edir.

Metbuat.az xəbər verir ki, iki məşhurun arasında baş verənlərə Abbas Bağırov belə münasibət bildirib:

“Ad günümə dəvət etdim, mikrofonla Zamiqi çağırdım, gördüm yoxdur. "5 dəqiqəyə gəlirəm" deyə-deyə çıxıb gedib. Yəni, bu cür hörmətsizliyi ilk dəfə deyil ki, ondan görürəm”.

Zamiq Hüseynov dostuna sülh əlini uzatsa da,  Abbas Bağırov bu jesti qəbul etməyib.

Zamiqin məsələyə münasibəti çox da gecikməyib:

“Heç kimin ixtiyarı yoxdur ki, kiminsə haqqını yesin. Mənim öz yolum, onun da öz yolu var. Kiminləsə incikliyim olanda çalışıram pərdə arxası həll edim. Efirdə qalmaqal edənləri hamı görür ki, bunu reklam üçün edirlər”.

Bürcünüzə görə ən uğurlu təbii daşlar - VİDEO - Oxumaq üçün tıkla 

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR