Play Store

Heyvanı balla qarışdırıb yeyin - Xalq təbabəti

Heyvanın tərkibində A, C və B qrupu vitminləri, kalsium, dəmir, fosfor, kükürd, kalium, sink və maqnezium kimi minerallar var. Yağdan kasıb, lif baxımından zəngin bir meyvədir.

Metbuat.az xəbər verir ki, araşdırmalar tərkibindəki güclü antioksidantların bədxassəli xərçəng hüceyrələrini yox etməyə yardımçı olduğunu sübut edib.

Yaponiyada aparılan araşdırmaya görə, heyva qabığındakı “antiviral” maddələr Hepatit A, B və C-yə səbəb olan orqanizmlərin böyüməsini əngəlləyir.

Heyva soyuqdəymə, qrip infeksiyalarına qarşı qoruyucu meyvədir. Eyni zamanda, anemiya, qaraciyər, göz xəstəlikləri, astma və digər nəfəs yolu xəstəlikləri ilə mübarizədə yardım edir.

100 qram heyva 57 kaloridir. Sidikqovucu olduğu üçün bədəndə maye toplanmasının qarşısını alır.

Ürək bulantısı və qusma zamanı heyva yeyə bilərsiniz.

Heyvanın faydaları bununla bitmir. Onu balla qarışdırıb yedikdə, mədə və bağırsaq problemlərini, qəbizliyi aradan qaldırır.

Aysel Yaqubqızı / Metbuat.az

Hər gün bir stəkan limonlu su için -Möcüzədir - Oxumaq üçün tıkla


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR