""Space"-dən öz istəyimlə getdim" - Açıqlama

Telejurnalist Afət Telmanqızı fəaliyyət göstərdiyi “Space” televiziyasından ayrılıb.

Məlumata görə, bir qrup keçmiş ANS-çinin cəmləşdiyi “Space” televiziyasında artıq onlarla yollar ayrılmaqdadır. Belə ki, “Space” Teleradio Şirkətinin “Hər gün” informasiya departamentinin rəhbər əvəzi vəzifəsi həvalə olunan Afət də telekanaldan çıxarılıb. Məlumatlara görə o, məzuniyyətdən gec qayıtdığı üçün kanal rəhbəri tərəfindən cəzalandırılıb və kollektiv qarşısında fəaliyyətinə son verildiyi elan olunub.

Faktı telekanal rəsmisi Kamil Şahverdiyev də təsdiqləyib. O bildirib ki, Afət Telmanqızı işdən öz ərizəsi ilə ayrılıb.

Məsələylə bağlı Afət Telmanqızı ilə də əlaqə saxlanılıb.

“Space”dən öz istəyimlə getmişəm. Yayılan xəbərlər əsassızdır”, - deyə telejurnalist bildirib.//Oxu.az

Bakıda avtomobil velosipedçiləri vurdu - Sonra da... - Oxumaq üçün tıkla

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR