Badımcan turşusunun hazırlanma qaydası -Qışa tədarük

Xanımlarımızın qışa tədarük etdiyi məhsullardan biri də turşulardır. 

Metbuat.az bu dəfə qış üçün hazırlanan dadlı badımcan tutmasının hazırlanma prosesini təqdim edəcək.

Tərkibi:

Badımcan

Yaşıl və qırmızı bibər

Sarımsaq

Kök

Pomidor

Cəfəri

Kələm

Soğan

Kərəviz və ya cəfəri sapı

Hazırlanmasına gəldikdə, turşu üçün xırda, tumsuz badımcanlar istifadə edin. Badımcanları ortadan kəsin. Qaynar suya ataraq 2-3 dəqiqə qaynadın. Daha sonra soyuq suyun içində soyun. Üstünə ağır əşya qoyun, acı suyun çıxması üçün bir gün gözləyin. 

İçliyi hazırlamaq üçün yaşıl və qırmızı bibər, sarımsaq, kök, pomidor, cəfəri, kələm və soğandan istifadə edin. Ərzaqları doğrayıb yaxşıca qarışdırın.

Badımcanların içini bu qarışıq ilə dolduraraq, kərəviz və ya cəfəri sapı və ya ip ilə bağlayın. Diqqətli bir şəkildə turşu qabına yerləşdirin. Dilimlənmiş limon və bir az şəkər əlavə edin.

Badımcanların üzərinə üzərinə ağırlıq qoyub, 5-6% duzlu su ilə doldurun. 10 faiz nisbətində sirkə əlavə edə bilərsiniz. Digər turşularda olduğu kimi 18-20 dərəcə temperaturda saxlamalısınız.

Nuş olsun!

"Saciçi"nin hazırlanması - Milli mətbəximiz - Oxumaq üçün tıkla


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR