İŞİD Parisdəki terroru bəyəndi

İŞİD Parisdəki terroru bəyəndi
22:42 8 Yanvar 2015
151 Dünya
Ölkə mətbuatı
A- A+

İŞİD terrorçu qruplaşması Parisdəki “Charlie Hebdo” satirik jurnalının redaksiyasına hücum edənləri qəhrəman adlandırıb.
 
Milli.Az anspress-ə istinadən bildirir ki, İŞİD terror qruplaşmasının radiosu “Charlie Hebdo” fransız jurnalının ofisinə silahlı hücum edən üç nəfərin hərəkətini dəstəkləyib.
 
"Qəhrəmanlar, qisas əlaməti olaraq "Charlie Hebdo" fransız jurnalında işləyən 12 nəfəri öldürdü, həmçinin 11-dən çoxunu yaraladılar", - deyə radio xəbəri belə şərh edib.
 
Qeyd edək ki, 3 nəfər “Charlie Hebdo” satirik jurnalının redaksiyasına silahlı hücum etmişdi. Nəticədə 12 nəfər ölmüş, 11 nəfər isə yaralanmışdı. Bütün dünya bu terror aktını kəskin şəkildə qınamışdı.
 
Milli.Az
 


Xəbərin orijinal ünvanı: http://news.milli.az/world/52800.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR