Play Store

Mənzildə qadın meyiti tapıldı - FHN

Xətaidə mənzillərdən birində 71 yaşlı qadın meyiti tapılıb.

Fövqəladə Hallar Nazirliyindən Metbuat.az-a verilən məlumata görə, nazirliyin Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə, Bakı şəhəri, Xətai rayonunda mənzildə 1 nəfərin bağlı qapı arxasında köməksiz vəziyyətdə qalması barədə məlumat daxil olub.

Dərhal Nazirliyin Xüsusi Riskli Xilasetmə Xidmətinin xilasediciləri hadisə yerinə cəlb olunaraq mənzilin qapısını açıb və 1946-cı il təvəllüdlü Hüseynova Elmira İsrafil qızının meyitini aşkar edərək aidiyyəti üzrə təhvil veriblər. Əməliyyat saat 14:38-də başa çatıb.

Məktəbli qızlar arasında dava - VİDEO - Oxumaq üçün tıkla

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR